Al-Gətir – Türkiyə mağazalarından sifariş

Al Gətir

XOŞBƏXTLİK DAŞIYIRIQ

Onlayn alış-veriş saytlarından (trendyol, HM, Flo, amazon, ebay, walmart və.s) geyim, qadın çantası, kosmetika, ayaqqabı, bujeteriya, uşaq oyuncaqları, uşaq geyimləri və.s sifariş edə bilərsiniz.

NECƏ SİFARİŞ ETMƏLİ

Əgər siz məhsulu öz kartınızla ala bilirsinizsə, o halda bunları etməlisiniz:

 

  • İlk olaraq Bringly.az saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaradın.

 

  • Özünüz birbaşa mağazadan sifariş edərkən sizdən tələb olunan “təslimat” ünvanı bölməsinə şəxsi kabinetinizdə olan “Xaricədəki ünvanlarım” bölməsindəki Türkiyə ofisimizin detallarını daxil edin.

 

  • Bank kartınız vasitəsi ilə ödəniş edərək sifarişinizi tamamlayın.

 

  • Son olaraq, sifarişdən sonra Bringly.az saytımıza daxil olaraq hesabınızdakı bağlamalara müvafiq olaraq bəyannamə yaradın.

Əgər sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa və ya bəyannamə detalları ilə özünüzü yormaq istəmirsinizsə, o zaman biz sizə "Al-gətir" xidmətini təklif edirik.

İlk olaraq saytımızda qeydiyyatdan keçin.

 

  • “Kabinetim” bölməsinə daxil olun və “Al-gətir” bölməsində əvvəlcədən bəyəndiyiniz məhsulun linkini yerləşdirin. Sistem sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkənin karqo qiymətini və bizim üçün verdiyimiz sifarişdəki 1-4 %-lik xərcləri əlavə etməklə yekun məbləği təqdim edəcək. “Al-gətir” xidmətimizdə Türkiyədən çatdırılma zamanı 1-4 %-lik komissiya haqqı mövcuddur. Qeyd: yuxarıda sadalanan məlumatların hər hansı göstərilmədikdə özünüz əlavə etməlisiniz.

 

  • Linkləri saytımıza göndərikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz məhsulu invoys da əlavə edilməklə  sizin adınızdan alırıq. Bringly hesabınızı eManat ödəniş terminalı, bank kartınız və ya ofislərimizdə nağd şəkildə artıra bilərsiniz.