Çatdırılma Şərtləri – Türkiyədən çatdırılma xidməti

  • Azərbaycanda bir təqvim ayı ərzində şəxsi istifadə limiti 300 (USD) (çatdırılma haqqı daxil olmaqla) ABŞ dolları təşkil edir. Şəxsi istifadə limitinə daxil olan məhsulların kommersiya məqsədli olmadığı və məhz şəxsi istifadə üçün olduğu əsaslandırıla bilməlidir. Fiziki şəxs şəxsi istifadə limitini keçdikdə və ya yükünün kommersiya məqsədli olduğu qənəati yarandıqda həmin yük gömrük orqanı tərəfindən gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir.
  • Müştəri Türkiyədən həm "Al-gətir" xidmətimizlə, həm də "Xarici ünvanlarım" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər.  
  • Xarici anbarımıza daxil olmuş bağlama xarici anbarımızdan birbaşa mağazaya geri qaytarılmır.  
  • Sifarişlə bağlı məlumat almaq üçün "Al-gətir" xidmətimizlə olan sifariş təsdiqləndiyi tarixdən etibarən 1 ay ərzində sorğu yaradılmalıdır. Daha sonra yaradılan sorğular etibarsız sayılaraq araşdırılmayacaqdır.  
  • Birbaşa mağazadan sifariş etdiyiniz və sistemdə qeydiyyata alınmadığı təqdirdə sifarişinizin xarici anbarımıza təhvil verilməsi ilə bağlı mağazadan bildiriş aldıqdan sonra 15 gün müddətində sorğu yaradılmalıdır. 
  • Məhsullar daşıyıcı tərəfindən sığortalanmır və daşıyıcı buna görə heç bir məsuliyyət daşımır.   
  • "Bringly" MMC qəbul olunmuş sifarişləri növbəlilik əsasında həyata keçirir və həftə içi 24 saat ərzində sifarişlərin yerləşdirilməsinə zəmanət verir. Bununla belə sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ istifadəçinin balansına geri qaytarılır. Qeyd edək ki, endirimlərlə əlaqədar olaraq bəzən bu müddət uzana bilər.   
  • "Al-gətir" xidmətimizdən istifadə zamanı "Ödənildi" statusunda olan sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir.   
  • İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 5-7 iş günü ərzində geri qaytarılır.   
  • Sifarişlər verilərkən məhsul(lar)un və Türkiyə daxili kargonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa, müştərinin mövcud balansından tutulur və yaxud da məhsul(lar) təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür. 
  • Maksimum 10 manat olmaqla sifariş məbləğinin 10 faizi həcmində kənarlaşma olarsa, müştəriyə məlumat verilmədən balansından silinməklə sifariş həyata keçirilir.   
  • "Bringly" MMC qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə "Bringly" MMC məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbarımıza çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır. 
  • Türkiyə saytlarından alış-veriş edərkən tərkibində maye olan məhsulları digər məhsullardan ayrı formada satın almağınızı tövsiyə edirik. Bu məhsulları xarici saytlarda ayrı səbətlərdə aldığınız zaman bu sifarişlər xarici anbarımıza da ayrı bağlamalarda daxil olur. (gün.ay.il) tarixindən etibarən Türkiyə anbarımıza daxil olan və tərkibində ən az bir maye məhsulu olacaq bağlamaların tam çəkisi maye tariflərinə əsasən hesablanacaqdır. Xatırladaq ki, beynəlxalq daşıma şərtlərinə görə maye məhsulları digər məhsullardan ayrı daşınmalıdır. "Al-gətir" xidmətimizlə sifariş zamanı maye və adi məhsullar əməkdaşlarımız tərəfindən ayrı-ayrı səbətlərdə təsdiqlənir.  
  • Bağlamanın həcm çəkisi  fiziki çəkidən çox olarsa, əlavə hər kg üçün 3 dollar hesablanacaq. Hesablama qaydası: (uzunluq*en*hündürlük)/6000.  Misal üçün məhsulun fiziki çəkisi 2 killoqramdır. Uzunlugu 30 cm, eni 20 cm, hündürlü 30 cm. Həcm çəki 3 kg edir. Beləliklə müştəri 2kg fikizi çəkiyə görə 4.7 dollardan ödəyir. Üstəlik 3 dollar həcmə görə.Cəmi 12.4 dollar.

Daşınması qadağan olunan məhsulların siyahısı