Suallara Cavablar – Türkiyə mağazalarından online sifarişlər

None

Bağlamamın gömrükdə saxlanılması ilə bağlı bildiriş aldım. Nə etməliyəm?
Bağlamanızı təhvil almaq üçün ofisimizə müraciət edib bağlamalarınız üçün çatdırılma haqqını ödəyib barkod əldə etməlisiniz. Daha sonra, bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilərsiniz. Və yaxud bağlamanızın çıxarılması üçün broker xidmətimizdən istifadə edə bilərsiniz. Xatırladaq ki, Şəxsi istifadə limitini (300$) keçdikdə, gömrük orqanı məhsulunuzun kommersiya məqsədli olduğu qənəatinə gəldikdə və ya qadağan olunmuş məhsul olduqda həmin bağlamalar gömrük orqanı tərəfindən saxlanılır. Bununla bərabər bağlamanız gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir. Rüsumun maksimum həddi 36% təşkil edir.
Broker xidməti nədir ?
Bağlamanız gömrük orqanı tərəfindən saxlanıldığı halda əgər özünüz yaxınlaşa bilmirsinizsə, broker xidmətimizdən istifadə edərək bağlamanızı təhvil ala bilərsiniz. Broker xidməti üçün nəzərdə tutulan xidmət haqqı 20 AZN təşkil edir.
Qapıda ödəmə ilə məhsul sifariş etmək istəyirəm, ödəməni necə etməliyəm?
İstənilən Türkiyə saytından və ya instagram satış səhifələrindən qapıda ödəmə ilə sifariş edə bilərsiniz. Sifarişinizi verdikdən sonra al gətir xidmətimizə məhsulun linkini yerləşdirib ödəniş edirsiniz. Sifarişiniz xarici anbarımıza təslim olunduqda qapıda nağd və ya kartla ödəmə edilərək təhvil alınacaqdır.
Daşınması qadağan olan malların siyahısı :
• Müxtəlif növ batareyalar, powerbank-lar. • Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda ) • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika. • Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar; • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar. • Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar. • Canlı heyvanlar • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat. • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. • Hover Board skuterlər; • Maşın yağları və maşın yağının olduğu bütün mallar. • Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar. • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar. • Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar. • Pirotexnika • İstənilən qablamada olan qazlar. Göz yaşardıçı və ya bibər qazları • İstənilən növ yanacaq və onların boş qablamaları • Boya və lak məhsulları, boya həll edicilər • Radioaktiv əşyalar • Aktikorozif məhsullar • Boru təmizləyiciləri • Oksigenlə zənginləşdirilmiş maddələr • Aerosol qabları • Sualtı dalğıc ballonları • Propan ballonu • CO2 qabları • Quru buz • Alkoqollu içkilər
Eynicinsli məhsullardan bir neçə dənə gətirməyə hər hansı limit tətbiq olunur mu?
Limiti keçmədiyiniz təqdirdə istənilən sayda bağlama gətirə bilərsiniz. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz.
Bağlamalar hansı hallarda gömrük orqanı tərəfindən saxlanıla bilər?
1.Sifarişlərin 1 təqvim ayı ərzində ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçdikdə, 2.Sifariş verdiyiniz məhsulun gömrük orqanı tərəfindən kommersiya məqsədli olduğu təyin edildikdə, 3.Ölkəyə idxalı qadağan olan məhsullar sifariş etdiyiniz təqdirdə bağlamanız gömrükdə saxlanıla bilər.
Necə sifariş edə bilərəm?
Əgər siz öz kartınızla məhsul sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan qeydiyyatdan keçməlisiniz. Sifariş zamanı mağazanın sizdən tələb etdiyi ünvan hissəsinə xaricdəki ünvanımızı qeyd edirsiniz. Ətraflı məlumatı “Xaricdəki ünvanlarım" bölməsindən əldə edə bilərsiniz. Sonra isə xarici saytlarda keçərli olan bank kartı vasitəsilə ödənişi edərək sifarişi tamamlayırsınız. Son olaraq, bringly.az saytında şəxsi hesabınıza daxil olaraq aldığınız məhsula uyğun bəyannamə yaradırsınız.
Nə sifariş edə bilərəm?
Onlayn alış-veriş saytlarından geyim, qadın çantası, kosmetika, ayaqqabı, bijuteriya, uşaq oyuncaqları, uşaq geyimləri və s. sifariş edə bilərsiniz.
Online alış-veriş edilən zaman nələri bilməyim vacibdir?
Alış-veriş etdiyiniz saytlarda qeydiyyat və sifariş zamanı sizdən tələb olunan bölmələri ad, soyad, ünvan, şəhər, ölkə, telefon nömrəsi kimi vacib olan hissələri tam və dəqiq formada doldurmağınız lazımdır. Bağlamanın xaricdəki anbarımıza çatdırılması zamanı bu qeyd etdiyiniz məlumatlardan istifadə ediləcək.
Türkiyədən Azərbaycana çatdırılma qiymətləri necə hesablanır
Türkiyədən Azərbaycana çatdırılma qiymətləri 1-5 dollar aralığında dəyişir. Ətraflı “Tariflər” bölməsindən tanış ola bilərsiniz
Bağlama yerli anbarda neçə gün ödənişsiz qala bilər?
Yerli anbarda bağlamalar 10 gün ödənişsiz qala bilər. 10 gün ərzində təhvil alınmayan bağlamalara görə hər günə 0.30 AZN (30 qəp) cərimə hesablanır
Türkiyədən sifariş neçə günə çatdırılır
Türkiyədən çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılı olaraq dəyişir. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün aralığında olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddəti uzana bilər. Sifarişiniz xarici anbarımızda sistemə əlavə edilir və müştəri smart customs-da bəyan etikdən sonra 5 gün ərzində Bakıda olur
Bağlamalar hansı hallarda DGK tərəfindən saxlanıla bilər?
1. Ölkəyə idaxl edilməsi qadağan edilmiş məhsullar olduğunda; 2. Məhsulun dəyərinin "fatura"-da azaldılma şübhəsi yarandıqda; 3. 300$ limitini keçdikdə; 4. Kommersiya məqsədləri uçun nəzərdə tutulduqda; 5. Məhsulun idaxlı üçün lisenziya və ya sertifikat tələb olunduqda; 6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Həcm çəkisi nədir?
Təyyarədə yük zonası həcmə görə nəzərə alınır. Bu səbəbdən həcm çəki fiziki çəkidən çox olarsa, həcm çəki nəzərə alınır. Hesablama qaydası: (uzunluq*en*hündürlük)/6000. Misal üçün məhsulun fiziki çəkisi 2 killoqramdır. Uzunlugu 30 cm, eni 20 cm, hündürlü 30 cm. Həcm çəki 3 kg edir. Beləliklə müştəri 3 kg üçün ödəniş edir.
Xarici anbarların iş saatları
Xarici anbarın iş qrafiki aşağıdakı kimidir: Türkiyə anbarı: Bazar ertəsi – Cümə: 9:30 – 18:30 Şənbə: 9:30 – 16:00 Bazar: Qeyri-iş günü Amerika anbarı Bazar ertəsi – Cümə: 9:00 – 17:00 Şənbə: Qeyri- iş günü Bazar: Qeyri-iş günü
Bağlama xarici anbarda və ya yerli anbarda itərsə, hansı prosedur icra edilir?
Bağlama 10 iş günü ərzində tapılmazsa, növəti 3 iş günü ərzində bağlamanın dəyəri və əgər varsa daşınma haqqı müştərinin balansına geri qaytarılır.