Bringly – Türkiyədən sifariş

BRINGLY VƏ AIREX BİRLƏŞDİ

25 Noyabr 2022, 16:18
BRINGLY VƏ AIREX BİRLƏŞDİ

 

Noyabr ayının 25-də “Bringly” MMC və “Airex” MMC aktivlərinin birləşdiyini elan edib. Məlumatda qeyd olunub ki, yeni şirkət “Bringly” MMC adlandırılacaq. 

 

“Bringly” MMC-nin İcraçı Direktoru Tural Vəliyev və “Airex” MMC-nin Direktoru İsmayıl Talıbov bu birləşməni yüksək qiymətləndirib. Tural Vəliyev öz müsahibəsində karqo sektorunda, ümumiyyətlə ölkədə belə təcrübənin çox az olmasını qeyd edib: “Biz fəaliyyətə başladığımız gündən bu yana 25 min müştəriyə xitab edirik, promokod, kompensasiya, iadə kimi unikal sistemlər təklif etmişik. Bu cür birləşmələr ilə daha çox müştəriyə xidmət göstərə biləcəyik”.

 

O, çıxışında yaxın zaman üçün planlarından da danışıb: “Hazırda biz Türkiyədən həftədə 6 reys təklif edirik. Gələn həftədən etibarən müştərilərimiz Amerikadan sifarişlərini Bringly ilə Azərbaycana gətirə biləcək. 2023-cü ildən isə yeni bazarlara girmək haqda ciddi işlər görürük”. 

 

Bringly haqqında

 

“Bringly” MMC şirkəti 2021-ci ilin ilk rübündən fəaliyyət göstərir. 25 min müştəriyə xitab edir. Bakıda Nərimanov və Qarayev anbarları mövcuddur. Bölgələrdə 30-dan artıq təhvil nöqtələri ilə əməkdaşlıq edir. Türkiyədən həftədə 6 reys icra edir. Şirkət yeni ildən Orta Asiyada yeni bazarlara daxil olmağa hazırlaşır.